İranda genişlənən etirazlar, dərinləşən iqtisadi böhran və kütləvi edamlar fonunda Güney Azərbaycandan olan yaşlı bir qadının səsləndirdiyi etiraz dolu çıxış sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Bizim.Media xəbər verir ki, görüntülərdə qadın İranın ali rəhbəri Əli Xameneiyə müraciət edərək onu sərt ifadələrlə tənqid edir.
O, Xameneini namərd adlandıraraq deyib:
“Niyə insanlara zülm edirsən? Niyə anaları ağlar qoyursan? Öldürmə, əvəzinə onlara çörək ver. Sən necə lidersən? İsraildən daha betər olmusan. Onlar bir neçə raket atırdı, az insan ölürdü, sən isə kütləvi edamlar edirsən”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta