Bakı. Trend:
Yanvarın 8-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi(RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid”yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işiaparılacaq.
“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraqsaat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, ŞıxəliQurbanov, Sarı Aşıq küçələrində, Kənd Narlıq ərazisində elektrikenerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdaha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.