AZ

Əfsanəvi hokkeyçi Qlenn Holl vəfat edib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əfsanəvi kanadalı hokkey qapıçısı və "kəpənək" üslubunun yaradıcısı Qlenn Holl 94 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Hokkey Liqasının rəsmi saytında məlumat verib.

"Cənab qapıçı" ləqəbli idmançı Alberta bölgəsindəki Stouni-Pleyn Xəstəxanasında ölüb.

"Qlenn Holl bütün hokkey qapıçılarının can atdığı səviyyənin təcəssümü idi. Layiqli olaraq "Cənab qapıçı" ləqəbi verdiyimiz Qlenn möhkəm, etibarlı və inanılmaz dərəcədə istedadlı oyunçu idi", - deyə Milli Hokkey Liqasının komissarı Qeri Bettmen bildirib.

Qlenn Holl Milli Hokkey Liqasında debütünü 1952-53 mövsümündə "Red Uinqz"də qısa müddət oynadıqdan sonra edib. O vaxtlar qapıçılar ayaq üstə oyun üsulundan istifadə edirdilər: əlcəklər, hokkey çubuqları və ya konkilərlə şaybaları yayındıraraq, buz üzərinə yalnız zəruri hallarda uzanırdılar.

Holl isə diz çökürdü və qapının künclərini örtmək üçün qalxanları V formasında geniş şəkildə açırdı, tez ayağa qalxmaq üçün beli hər zaman düz vəziyyətdə qalırdı, hokkey çubuğu isə elə yerləşirdi ki, şayba ayaqlarının arasından keçməsin. Daha sonra bu stil "kəpənək" adlandırıldı və hokkeydə geniş istifadə edilməyə başlanıldı.

Qlenn Holl, həmçinin yeganə qapıçı idi ki, rekord sayda - 502 oyunu maskasız keçirmiş və ona 300 tikiş qoyulmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
oxu.az

1Mənbələr