Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika (NaxçıvanMuxtar Respublikası daxil) ərazisində 2025-ci ilin 17-21 noyabr və8-12 dekabr tarixlərində aidiyyəti qurumların iştirakı iləkeçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluqtəsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahilizonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları vəçaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlaraklinik baxış keçirilib, müxtəlif növ vəhşi quşdan diaqnostiknümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmliquşçuluq müəssisələrində, 34 rayonun (şəhər) ailətəsərrüfatılarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələrigötürülərək müayinələrə cəlb edilib.
Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlilinəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyəşübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarındangötürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinəedilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.