AZ

ICE agenti 37 yaşlı qadını öldürdü: ABŞ-da ara qarışdı

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində 37 yaşlı Rene Nikol Qud ABŞ-da İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisədən sonra şəhərdə etirazlar baş qaldırıb, məktəblər bağlanıb və Milli Qvardiya həyəcan vəziyyətinə gətirilib.

Publika.az xəbər verir ki, sosial mediada qadına hücum anı ilə bağlı görüntülər yayılıb.

Görüntülərə əsasən, bir neçə zabit qadının avtomobilini əhatəyə alaraq qapısını zorla açmağa çalışır. Sürücü uzaqlaşmağa çalışarkən, ICE agenti avtomobilə yaxınlaşaraq atəş açır.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) sözçüsü Trisiya Maklaflin və Daxili Təhlükəsizlik Katibi Kristi Noem agentin bu hərəkətini "özünümüdafiə" kimi qələmə verib. Minneapolis meri Ceykob Frey isə bu iddianı rədd edərək, görüntülərin "özünümüdafiə" anlayışını dəstəkləmədiyini söyləyib.

Seçilən
21
publika.az

1Mənbələr