AZ

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub -YENİLƏNİB

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvar ayının 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F. Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

08:47

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
91
42
azertag.az

10Mənbələr