AZ

Trampdan Putini qəzəbləndirəcək QƏRAR

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qrem “X” sosial media platformasında bildirib.

Siyasətçi bildirib ki, Amerika lideri ilə məhsuldar görüş keçirib və bundan sonra sonuncu Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsinə yaşıl işıq yandırıb. Qrem xatırladıb ki, o, bu sənəd üzərində uzun aylardır senator Riçard Blumental və "bir çox başqaları" ilə işləyib.

Respublikaçı, həmçinin qeyd edib ki, güclü ikipartiyalı səsvermə gözlənilir. O, həmçinin ümid edir ki, bu, gələn həftə baş tutacaq.

Seçilən
49
cebheinfo.az

1Mənbələr