AZ

Uzak Şehir in ulduzu sərvət qazanacaq RƏQƏMLƏR AÇIQLANDI

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Uzak Şehir" serialının ulduzu Ozan Akbaba bu dəfə gəlirini çəkiləcəyi reklamla artıracaq.

BAKU.WS xəbər verir ki, o ev almaq üçün maliyyə dəstəyi (ipoteka, mənzil krediti) təqdim edən banklardan birinin siması olacaq.

Cihan obrazı ilə tamaşaçıların sevgisini qazanan Ozan Akbaba artıq reklam çəkilişlərinə start verib.

Bu əməkdaşlıq ona 30 milyon lirə (1 milyon 185 min AZN) gəlir qazandıracaq ki, bu məbləğ reklam bazarında olduqca böyük və diqqətçəkən rəqəmlər hesab edilir.

Akbabanın rol aldığı reklam kampaniyasının yaxın zamanda televiziya ekranlarında və rəqəmsal platformalarda yayımlanacağı gözlənilir.

Bu layihə həm aktyorun populyarlığını, həm də reklamın təsir gücünü daha da artıracaq.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
baku.ws

1Mənbələr