AZ

General Juravlyov: ABŞ-nin Rusiya bayrağı altında üzən tankeri ələ keçirməsi Rusiyaya hərbi müdaxilədir...

Dövlət Dumasının komitə sədrinin müavini Moskvanın buna hərbi cavab verməli olduğunu bildirib...

ABŞ tərəfindən “Marinera” tankerinin ələ keçirilməsi Rusiyaya qarşı tammiqyaslı hərbi müdaxilə kimi qiymətləndirilə bilər və bu addıma Moskvanın hərbi cavabı olmalıdır.

Poliqon xəbər verir ki, bu fikirləri “Qazeta.ru” portalına Rusiya Dövlət Dumasının müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov açıqlayıb.

Generalın sözlərinə görə, ABŞ tərəfi baş verənləri Venesuela nefti uğrunda “cəsarətli reyd” kimi təqdim etməyə çalışır, lakin faktiki olaraq neft Rusiya bayrağı altında üzən gəminin göyərtəsində olub.

“Bu isə Rusiya ərazisi deməkdir. Belə bir hücumu qanunsuz sərhəd pozuntusu, başqa sözlə, Rusiyaya qarşı tammiqyaslı hərbi müdaxilə kimi qiymətləndirmək olar. Məncə, cavab da uyğun olmalıdır. Amerikanın sahil mühafizəsinə məxsus katerlərlə döyüşə girmək lazımdır. Onlar nəinki hər iki Amerikadan həddən artıq uzağa gediblər, üstəlik sahilləri də tamamilə qarışdırıblar. Burada diplomatik vasitələr artıq keçərli deyil, yalnız sürətli və birmənalı hərbi-dəniz reaksiyası lazımdır”, deyə Juravlyov bildirib.

Qeyd edək ki, yanvarın 7-si axşam saatlarında M/V Bella 1 (“Marinera”) gəmisinin saxlanıldığı məlum olub. Rusiya bayrağı altında üzən tanker Şimali Atlantik okeanında ələ keçirilib. Tanker Murmansk istiqamətində hərəkət edirmiş.

ABŞ hakimiyyəti “Marinera”nı Venesueladan neft daşınması ilə bağlı tətbiq edilən sanksiyaları pozmaqda ittiham edib. Hüquq-mühafizə orqanları tanker heyətinin üzvlərinə qarşı ittiham irəli sürməyi planlaşdırır.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr