AZ

“Abşeron Lions” ABŞ-li ilə gücləndi - RƏSMİ

“Abşeron Lions” heyətini ABŞ-li basketbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Trevion Lamarla müqavilə imzalanıb.

27 yaşlı oyunqurucusunun son klubu İsveçrə təmsilçisi “Starwings Basket Basel” olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.

Xatırladaq ki, klub daha əvvəl De Sean Eikenslə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Seçilən
31
football-plus.az

1Mənbələr