AZ

Ötən il ASCO-nun gəmiləri ilə daşınan yükün həcmi bəlli olub

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun gəmiləri ilə 2025-ciil ərzində 9,085,935 ton yük daşınıb.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, bu da 2024-cü illə müqayisədə 5,38 faiz artımdeməkdir.

Ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb.Ötən il ərzində bu tip gəmilərlə 1,324,999 ton yük daşınıb. Bu,2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdənçoxdur.

Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidəolunub. Belə ki, 2024-cü ildə 4,216,243 ton yük daşındığı halda,2025-ci ildə bu göstərici 4,310,046 tona çatıb. Beləliklə, buseqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.

Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76,757 ədədtəkərli texnikanın (vaqon, TIR və avtotexnika) daşınması həyatakeçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77,071ədəd vaqon, TIR və avtotexnika daşınıb.

Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınankonteynerlərin sayı 22,030 TEU olub. Bu isə 2024-cü illə müqayisədə203 faiz artım deməkdir.

Məqalədə:
Seçilən
26
10
az.trend.az

10Mənbələr