Bərdə, 8 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Kürqırağının payız mənzərələri.
Kür çayı boyunca uzanan Tuqay meşələri Azərbaycanın nadir ekosistemlərindən biridir. Daha çox söyüd, ağyarpaq qovaq və palıd ağaclarının hakim olduğu bu meşələr təkcə təbiət möcüzəsi deyil, həm də ekoturizm üçün unikal bir məkandır. Burada hər fəsil gözəl olur, xüsusən də payız.
Payız fəslində Kürqırağı meşələr qızılı boyalarla işlənən tablonu xatırladır. Yerə tökülən yarpaqların xışıltısı, sarı-qızılı rənglərin Kür çayında əksi insanı valeh edir, qəlbə sakitlik gətirir. Təbiətin bu rənglərindən və səssizliyindən ayrılmaq çətindir. Axşamçağı Günəşin qürubunun suda əksi isə bu gözəlliklərə yeni rəng qatır.
AZƏRTAC Kür qırağının payız mənzərələrini təqdim edir.