AZ

COVID-19 qayıdır? - Terapevtdən XƏBƏRDARLIQ

“Boğuluram. Quru öskürək kəsmir. Türkəçarə də etmişəm, həkimə də getmişəm, amma vəziyyətim yüngülləşmək əvəzinə getdikcə ağırlaşır”.

Bakıvaxtı.az xəbər verir ki, əhali arasında bu cür şikayətlər artır. Boğulma, quru öskürək, halsızlıq və temperatur kimi simptomların artması cəmiyyətdə COVID-19-un yenidən yayılması ilə bağlı narahatlıqlara yol açıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, bu əlamətlər COVID-19-a uyğun gələ bilər. Onun sözlərinə görə, eyni simptomlar hazırda dövriyyədə olan digər respirator viruslar, o cümlədən qrip və RSV zamanı da tez-tez müşahidə olunur.

Terapevt qeyd edib ki, mövcud epidemioloji vəziyyətə əsasən COVID-19 qlobal və regional səviyyədə tam aradan qalxmayıb. Dediyinə görə, lakin əvvəlki illərlə müqayisədə yoluxma və ağırlaşma göstəriciləri xeyli aşağıdır və hazırda kütləvi, yüksək pikli dalğa mərhələsində deyil.

Zakir Quliyev: COVID-19-a yoluxma göstəriciləri xeyli aşağıdır

Bununla belə, müsahibimiz vurğulayıb ki, mövsümi artımlar və lokal yüksəlişlər mümkündür. Z.Quliyev bu cür simptomlar olduqda test olunmağı, qısa müddətlik özünü izolyasiya etməyi tövsiyə edib. O, xüsusilə nəfəs darlığı, davamlı yüksək hərarət və ya ümumi vəziyyətin pisləşməsi hallarında həkimə müraciət edilməsinin vacibliyini də diqqətə çatdırıb:

"Bu cür simptomlar olduqda test olunmaq, özünü qısa müddətlik izolyasiya etmək və xüsusilə nəfəs darlığı, davamlı yüksək hərarət və ya vəziyyətin pisləşməsi hallarında həkimə müraciət etmək tövsiyə olunur".

Zeynəb Rzayeva

Seçilən
24
1
bakivaxti.az

2Mənbələr