Bakı.Trend:
Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağazavə obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu HüseynovaXəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, o, həmin məkanların sosial şəbəkələrdə reklamlarıtəşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən 16 379manat pul vəsaitini əldə keçirib. Daha sonra A.Hüseynova üzərinəgötürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib.Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfərialdatdığı müəyyən edilib.
Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işibaşlanılıb, araşdırma aparılır.