AZ

Bölgə klubunda böhran? Nə transfer var, nə də toplanış

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Heç bir futbolçu ilə danışığımız olmayıb". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqada çıxış edən "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.Mütəxəssis hələlik mövsümün ikinci yarısı üçün hazırlıq planlarının bəlli olmadığını söyləyib:"Komandaya gələcək və ya kollektivdən ayrılacaq futbolçular müəyyənləşməyib. Bunun da səbəbi var. Klub rəhbərliyi büdcə ilə bağlı məsələni tam aydınlaşdırmayıb. Bizə bu barədə məlumat verəndən sonra hansısa oyunçu ilə danışıq apara bilərik. Hazırda dəqiq məlumatımız yoxdur. Komanda hələ bir araya gəlməyib. Nə vaxt toplanışa başlayacağımız da dəqiqləşməyib".

Baş məşqçi rəhbərlikdən müsbət cavab gələcəyi təqdirdə həftəsonu təlim-məşq toplanışına başlaya biləcəklərini vurğulayıb: "Rəhbərlik təlim-məşq toplanışını hansı vaxta təyin etsə, onda başlayacağıq. Həmin andan sonra kimlərlə vidalaşacağımıza aydınlıq gələcək. Hazırda heç bir dəyişiklik yoxdur. Nə gedən var, nə də gələn".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
sport24.az

1Mənbələr