“Real” İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə qarşıdakı oyunlarının cədvəli ilə bağlı narazılığını bölüşüb.
Publika.az xəbər verir ki, ötən Madrid klubunun "Kopa del Rey"in 1/8 final mərhələsində “Albasete” ilə üz-üzə gələcəyi müəyyənləşib. Raundun matçları 13-15 yanvar tarixlərinə təyin olunub.
AS nəşrinin məlumatına görə, “kral klubu” yanvarın 11-i Ciddədə keçiriləcək İspaniya Superkubokunun finalına vəsiqə qazansa, bu, əlavə çətinliklər yarada bilər.
Bundan başqa, “Real” yanvarın 17-si La Liqada “Levante” ilə qarşılaşacaq ki, bu da Çempionlar Liqasındakı oyunlardan bir neçə gün əvvəl baş tutacaq. “Kopa del Rey” matçı bu oyunların arasına sığdırılmalı olduğundan, təqvim daha da sıxlaşır. Madrid klubunun rəhbərliyi bu məsələni artıq RFEF-ə çatdırıb.
Ən ehtimal olunan həll yolu “Levante” ilə oyunun təxirə salınması olacaq. Son cədvəlin isə bu axşam təsdiqlənməsi gözlənilir.