AZ

“Qalatasaray” ulduz futbolçu ilə anlaşmağa yaxındır

“Qalatasaray” ulduz transferə hazırlaşır.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi bitəcək Bernardo Silva ilə maraqlanır.

“Sarı-qırmızılar” 31 yaşlı portuqaliyalı yarımmüdafiəçini azad agent kimi heyətinə qatmaq istəyir və tərəflər arasında ilkin əlaqə artıq qurulub.

2017-ci ildən “şəhərlilər”də çıxış edən Silva bu mövsüm bütün turnirlərdə 27 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
33
idmanxeber.az

1Mənbələr