AZ

Bu iki ölkə Ukraynaya minlərlə hərbçi göndərəcək

Britaniya və Fransa Ukraynada sülh sazişi imzalanacağı təqdirdə təhlükəsizlik zəmanətlərinin təmin olunması üçün hər biri 7,5 min hərbçi göndərməyi nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə The Times nəşri mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, Britaniya Silahlı Qüvvələri əvvəlcə 10 min hərbçinin göndərilməsini təklif etsə də, Müdafiə Nazirliyi hazırkı ordu sayını nəzərə alaraq bu planı qeyri-real sayıb. Kontingentin bir hissəsi Fransa ordusunun hərbçilərindən formalaşdırılacaq. Hələlik yalnız London və Paris belə bir təşəbbüsə açıq münasibət bildirib. Bununla belə, nəzərdə tutulan hərbçi sayı ilkin gözləntilərdən aşağıdır.

The Times mənbələri qeyd edir ki, 15 minlik kontingent belə olduqca nikbin plan sayılır. Almaniya isə öz hərbçilərinin birbaşa Ukraynaya deyil, Polşa və Rumıniya kimi qonşu ölkələrdə yerləşdirilməsini daha real hesab edir.

Qəzetin yazdığına görə, missiyanın yekun parametrləri hələ razılaşdırılmayıb. Bu, atəşkəs şərtləri ilə siyasi razılaşmalardan asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
35
1
konkret.az

2Mənbələr