AZ

Həmin gün Venesuelada ölənlərin sayı açıqlandı

Venesuela Daxili İşlər Naziri Diosdado Kabello bildirib ki, ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi və dövlət başçısı Nikolas Maduronun saxlanılması ilə nəticələnən hərbi müdaxilə zamanı ölənlərin sayı 100 nəfərə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, dövlət televiziyası VTV-yə açıqlama verən Kabello, ABŞ-nin ölkəyə qarşı hərbi müdaxiləsi zamanı çox sayda insanın həyatını itirdiyini, evlərində olan qadınların da yaralananlar arasında olduğunu qeyd edib:

“Ölkəmizə qarşı hücum dəhşətli idi, bu doğrudur, bu bir reallıqdır və bunu heç kim gizlədə bilməz. İndiyədək 100 ölü və bir o qədər də yaralı var. Venesuela xalqı ləyaqətli və cəsur bir xalqdır”.

ABŞ-nin son dərəcə güclü bombalarından istifadə etməsi səbəbindən toqquşmalarla əlaqəsi olmayan mülki şəxslərin də həyatını itirdiyini bildirən Kabello, reyd zamanı Dövlət Başkanı Nikolas Maduronun həyat yoldaşının başından, Maduronun isə ayağından yaralandığını söyləyib.ABŞ müdaxiləsi zamanı həlak olan kubalılara da toxunan Kabello qeyd edib:

“Silahlı qüvvələrdəki yoldaşlarımız, Venesuelada olan kubalı qardaşlarımız, polis əməkdaşları, evlərində yatarkən qəfil hücuma məruz qalaraq öldürülən dostlarımız vardı”.

Seçilən
92
cebheinfo.az

1Mənbələr