AZ

AMB “AtaSığorta”ya təyin etdiyi müvəqqəti inzibatçının adını açıqlayıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) “AtaSığorta” ASC-yə təyin edilən müvəqqəti inzibatçının adını açıqlayıb.

“APA-Economics”in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, Sığorta fəaliyyətinə nəzarət departamentinin əməkdaşı Ağamir Kazımov yanvarın 6-dan etibarən sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edilib.

Məlumata görə, müvəqqəti inzibatçı təyin olunduğu gündən etibarən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər tam şəkildə müvəqqəti inzibatçıya keçir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, müvəqqəti inzibatçı təyin edildiyi tarixdən etibarən 60 gün ərzində sığorta şirkətinin maliyyə vəziyyəti və ödəmə qabiliyyəti üzrə əsaslandırılmış rəyini AMB-yə təqdim etməlidir. Zərurət olduqda bu müddət Mərkəzi Bankın qərarı ilə 3 aya qədər uzadıla bilər. Daha sonra Mərkəzi Bank müvəqqəti inzibatçının təqdim etdiyi rəyə əsasən sığorta şirkətinin fəaliyyətinin davam etdirilməsi və ya ləğv edilməsi ilə bağlı qərar verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
4
apa.az

5Mənbələr