Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Venesuela nüvə gücü tərəfindən hücuma məruz qalan dinc bir ölkədir"
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqez Milli Assambleyanın nümayəndələri ilə görüşdə çıxış edərək ölkənin müharibə vəziyyətində olmadığını və iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.
AYNA.AZ CNN-ə istinadən bildirir ki, Rodriqez deyib: "Venesuela müharibə vəziyyətində deyil. Venesuela nüvə gücü tərəfindən hücuma məruz qalan dinc bir ölkədir".
Onun sözlərinə görə, Karakasın iqtisadi əlaqələri "diversifikasiya olunmağa davam edəcək".
Rodriqez əmin edib ki, "həm dövlət, həm də özəl istehsal sektorlarının bütün dünyada bazarları olacaq".
O qeyd edib ki, Venesuela nefti "Qlobal Şimal ölkələrinə tədarük edilməlidir" və "Venesuela bütün tərəflərin faydalanacağı enerji əlaqələrinə açıqdır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.