AZ

Bellingem "Real"ın göndərmək istədiyi Vinisiusun müdafiəsinə qalxdı - "Bunu hiss etsəm...

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem klubun hücumçusu Vinisius Junior haqqında danışıb.

Fanat.Az xəbər verir ki, ESPN Bellingemin Madrid nəhənginin yollarını ayırmağa çalışdığı braziliyalıya qahmar çıxıb: 

"Mən Vinisiusu hər gün görürəm - o, hələ də inanılmaz dərəcədə pozitivdir. O, komandaya zərər verəcək heç bir şey etmir. Vini ilə əla münasibətlərim var və onun bizə mane olduğunu hiss etsəm, bunu özünə deyərəm. Amma onun ab-havanı pozduğunu düşünmürəm... Baş məşqçiyə gəldikdə, hamımız onu 100 faiz dəstəkləyirik".

Vinisius bu mövsüm "Real Madrid"də 25 oyunda meydana çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. 

Seçilən
5
2
fanat.az

3Mənbələr