AZ

“Bu ölkə ilə birləşmək vaxtımız gəlib çatıb”

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Norveçin Danimarka ilə birləşmək vaxtı gəlib çatıb”.

“Qafqazinfo” NRK telekanalına istinadən xəbər verir ki, bu fikri Norveçin Baş naziri Yonas Qar Störe ABŞ-nin Qrenlandiyaya iddiaları fonunda səsləndirib.

“İndi Danimarka ilə birləşmək vaxtıdır... Mette Frederiksenin (Danimarkanın Baş naziri - red.) mənə dediyi son söz bu oldu: “İndi hər şey ciddidir, Yonas”, - Störe deyib.

Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
qafqazinfo.az

2Mənbələr