Vətəninfo.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt mətbuat konfransında bildirib ki, ABŞ administrasiyası Venesuela hakimiyyəti ilə sıx əlaqədədir.
“Venesuela ilə bağlı, Dövlət Katibi Marko Rubio, Vitse-prezident J.D. Vens və prezidentin bütün milli təhlükəsizlik komandasının rəhbərlik etdiyi Tramp administrasiyası Venesueladakı müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədədir”, – deyə o bildirib.
ABŞ liderinin sözçüsü israrla bildirib ki, “Venesueladakı müvəqqəti hakimiyyətlər üzərində ən böyük təsir gücünə sahibik. Prezident (Tramp) Qərb yarımkürəsində ABŞ-a yaxın bir ölkə olduğunu, artıq ABŞ-a narkotik qaçaqmalçılığı etməyəcəyini, keçmişdə olduğu kimi, amerikalıları öldürmək üçün qanunsuz immiqrantlar və kartel üzvləri göndərməyəcəyini açıq şəkildə bildirib. Prezident xarici siyasət gündəliyini “Güc vasitəsilə sülh” şüarı altında tam şəkildə həyata keçirir”, – deyə Leavitt bildirib.
Leavitt həmçinin əlavə edib ki, ABŞ-ın Venesuela ilə bağlı sonrakı addımları əsasən Karakasdan asılı olacaq.