ABŞ-də feminist və aktivist Rene Nikol Gudun miqrasiya xidməti əməkdaşı tərəfindən atəş açılaraq öldürülməsi ilə bağlı Minneapolis şəhərində genişmiqyaslı etirazlar başlayıb.
NOCOMMENT.az xəbər verir ki, Minneapolis əvvəllər Corc Floydun qətlindən sonra BLM hərəkatının kütləvi aksiyalarına ev sahibliyi etmişdi.
Rəsmi məlumata görə, qadın miqrantların saxlanmasına mane olur, əməkdaşa hücum etməyə cəhd göstərir. Sonra agent özünü müdafiə etdiyini deyərək atəş açıb. Hadisənin videosu internetdə yayımlanıb.