Gürcüstan parlamentinin sədri Şalva Papuashvili Avropa İttifaqının ölkəsi ilə bağlı açıqlamalarını tənqid edib. O, Aİ-nin “Ukrayna və Moldova Gürcüstandan öndədir” bəyanatlarını xalqın alçaldılması kimi qiymətləndirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Papuaşvili bildirib ki, Ukrayna və Moldova yalnız “Brüsseldəki bürokratiya ilə əl-ələ verərək” irəliləyirlər və verdikləri tapşırıqları yerinə yetirirlər. O qeyd edib ki, Gürcüstan iqtisadi göstəricilər və demokratik inkişaf baxımından həm Ukraynadan, həm də Moldovadan öndədir.
Əvvəlcə Papuashvili Aİ-ni qlobal güc kimi görmədiyini, Brüsseldəki bürokratiyanın Avropanın təhlükəsizliyi məsələlərində əhəmiyyətli rol oynamadığını vurğulamışdı. Gürcüstan daha əvvəl Aİ-ni “ikili standartlar” tətbiq etməkdə də ittiham etmişdi.
Nuriyyə NATİQQIZI