AZ

Dizelin bahalaşmasından sonra aqrar sektor və yükdaşımalar da bahalaşma qaçılmazdır” Natiq Cəfərli

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Dizel yanacağı aqrar sektorda, yük daşımalarda ən vacib xərc maddəsidir, kənd təsərrüfatı mallarının istehsalının maya dəyərində dizel 30-40 faiz (məhsul növündən asılı olaraq) paya malikdir. Yükdaşımaların maya dəyərində isə 20-25 faiz dizelin payına düşür. Dizelin bahalaşmasından sonra aqrar sektor və yükdaşımalar da bahalaşma qaçılmazdır”.

Bunu 525.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O qeyd edib ki, dünyanın bir çox ölkələrində aqrar sektorda çalışan fermerlərə dizel güşəştlə satılır. Məsələn, qonşu  Türkiyədə fermerlər üçün “mazot” (yəni dizel) dəstəyi edilir. Çəltik əkən fermer işlətdiyi hər litr dizelə görə 25 lirə, zeytunla məşğul olanlar hər litrə 10,9 lirə, noxud əkən isə hər litrə görə 7,5 lirə dövlətdən dəstək alıb:

“Azərbaycan qonşu Türkiyənin təcrübəsindən istifadə edə və fermerlərə dəstək göstərilə bilər”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
525.az

1Mənbələr