AZ

ABŞ neft qiymətlərini aşağı salmaq niyyətindədir - Tramp

Bakı. Trend:

ABŞ Venesuelanın resurslarından istifadə etməklə neftqiymətlərini aşağı salmaq niyyətindədir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp“The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Ağ Evin rəhbəri iddia edir ki, ABŞ Bolivar Respublikasını “çoxsərfəli şəkildə” bərpa edəcək.

“Biz neftdən istifadə edəcəyik və nefti əldə edəcəyik. Neftqiymətlərini aşağı salacağıq və Venesuelaya, onun ciddi ehtiyacıolan vəsaiti verəcəyik”, – deyə ABŞ lideri bildirib.

3 yanvar tarixində ABŞ Venesuelaya zərbələr endirib: ölkəninpaytaxtı Karakas və Fort-Tiuna hərbi bazasında partlayışlar başverib. Hücumlardan sonra Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞhərbçilərinin Venesuela prezidenti Nikolas Maduro və onun həyatyoldaşını ələ keçirdiyini açıqlayıb. Ağ Ev rəhbəri vurğulayıb ki,Maduro “artıq prezident deyil”, Venesuelaya rəhbərlik isə“hakimiyyətin təhvil-təslim edilməsinə qədər” ABŞ-nin nəzarətindəolacaq.

Məqalədə:
Seçilən
26
1
az.trend.az

2Mənbələr