ain.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ tərəfindən ələ keçirilən “Mariner” neft tankerinin heyəti 28 nəfərdən ibarətdir: onlardan 20-si Ukrayna, 6-sı (kapitan da daxil olmaqla) Gürcüstan, 2-si isə Rusiya vətəndaşıdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, tanker əvvəlcə Qayana bayrağı altında üzüb:
“ABŞ Sahil Mühafizə gəmisi Vaşinqtonun Qayana hakimiyyətindən gəmiyə öz bayrağını verəcəyinə dair təsdiq almadığını əsas gətirərək, tankerin ABŞ limanına getməsini tələb edib. Lakin gəmi istiqamətini dəyişərək Venesuela sahillərindən Atlantik okeanına doğru üzüb. Daha sonra kapitan tankerin adını dəyişdirib və Soçi limanı kapitanından Rusiya bayrağı altında müvəqqəti qeydiyyat alıb. ABŞ Sahil Mühafizəsi tankeri iki həftədən çox təqib edib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.