AZ

Rauf Zeyni: "Dilimizi qorumaq üçün həm Azərbaycanda, həm də xaricdə layihələr həyata keçirməliyik"

"Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb. İstər Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə çıxışında, istərsə də 5 yanvar tarixində televiziyalara verdiyi müsahibəsində, ölkə prezidenti milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişafı ilə bağlı daima tövsiyələrini verib və proqram çıxışlarını təqdim edib. Bu dəfə də xüsusi xəbərdarlıq edildi ki, Azərbaycan dili hər bir millətin yaşaması və mövcud olması üçün vacib atributlardan biridir".

Bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, yəni, dilimiz olmalıdır və hərtərəfli inkişaf etdirilməlidir:

"Əgər dilimiz sıradan çıxarsa, biz də bir millət olaraq sıradan çıxarıq və cəmiyyətimizə, dövlətçiliyimizə böyük zərbə dəyə bilər. Əgər milli dövlətdən, milli birlikdən və milli həmrəyliyimizdən danışırıqsa, yaddan çıxarmamalıyıq ki, birliyimizi qoruyub saxlayan amillərdən biri də məhz Azərbaycan türkcəsi, Azərbaycan dilidir. Çünki bütün ədəbiyyatımız, mədəniyyətimiz, kültürümüz, yaradıcılığımız və elmimiz bizi qoruyub saxlayıb və bu, ölkəmizin qüdrəti sayəsində mümkün olub".

QHT sədri dilimizi qoruyub saxlamaq isə bu gün bizim müqəddəs borcumuzdur:

"Cəmiyyətin, xüsusilə də vətəndaş cəmiyyətinin üzərinə bu sahədə böyük məsuliyyət düşür. QHT-lər olaraq həm tədbirlərimizi artırmalı, həm də layihələrimizi genişləndirməliyik. Azərbaycanda və ölkəmizdən kənarda yüzlərlə əhəmiyyətli layihələr həyata keçirməliyik ki, dilimizin qorunub saxlanmasına töhfə verək".

Seçilən
28
1
qht.az

2Mənbələr