“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqası tarixinə düşüb.
Publika.az xəbər verir ki, o, turnirdə vurulan 35000-ci qolun müəllifi olub.
Bu, çempionatın 21-ci turu çərçivəsində baş verib. “Brayton”la görüşdə (1:1) Haaland hesabı açaraq bu uğura nail olub.
Qeyd etmək maraqlıdır ki, 30000-ci qoldan 35000-ci qol səviyyəsinə çatmaq üçün 4 il 131 gün lazım olub. 30000-ci qol 2021-ci ilin avqustunda “Bernli”nin oyunçusu Kris Vud tərəfindən “Lids”ə qarşı vurulub.