AZ

ABŞ-də ICE polisi miqrant müşahidəçisini öldürdü

ABŞ-də ICE polisi miqrant müşahidəçisini öldürdü

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Miqrasiya və Gömrük Mühafizəsi (ICE) polis əməkdaşları miqrantlara qarşı keçirdikləri əməliyyatlar zamanı avtomobilində olan ABŞ vətəndaşı bir qadını silahla vuraraq öldürüblər.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Tricia MakLaflin hadisədən sonra ABŞ mediasına verdiyi ilk yazılı açıqlamada sözügedən qadının polis əməkdaşını əzməyə çalışarkən vurulduğunu iddia edib.

Daxili Təhlükəsizlik naziri Kristi Noem isə sonradan verdiyi açıqlamada bir qadının ICE əməkdaşlarını əzməyə çalışdığını və avtomobili ilə onları vurduğunu irəli sürərək “Bizim bir əməkdaşımız sürətli və müdafiə xarakterli şəkildə hərəkət edərək özünü və ətrafındakıları qorumaq üçün atəş açdı”, – deyə bildirib.

Minnesota qubernatoru Tim Voltz isə X-də paylaşım edərək Noemin açıqlamasına etiraz edib.

Qadının ICE əməkdaşı tərəfindən vurularaq öldürülməzdən əvvəl “avtomobilini silah kimi istifadə etdiyi” iddiasını rədd edən Voltz, “Videonu görmüşəm. Bu təbliğat maşınına inanmayın”, – ifadələrini işlədib.

Minneapolis şəhər meri Ceykob Frey də keçirdiyi mətbuat konfransında Noemin açıqlamalarını sərt tənqid edərək bildirib ki, ICE burada təhlükəsizliyi təmin etmək üçün deyil: "Onların etdikləri xaos və etibarsızlıq yaratmaqdır. Biz onları burada istəmirik, çıxıb getsinlər”.

Frey öldürülən qadının adını açıqlamayıb, onun 37 yaşında olduğunu bildirib və hadisə ilə bağlı təcili istintaq başlanması çağırışı edib.

Minneapolis Şəhər Şurasının üzvü Ceyson Çaves isə ABC News-a verdiyi açıqlamada qurbanın “müşahidəçi” olduğunu və “miqrant qonşularını izləyən” ABŞ vətəndaşı kimi fəaliyyət göstərdiyini bildirib.

Seçilən
74
afn.az

1Mənbələr