Bakı. Trend:
“RJD Logistika” “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhliziçərçivəsində İranla marşruta Rusiyanın yeni bölgələrini qoşmağıplanlaşdırır.
Bunu Trend-əşirkətin mətbuat xidmətindən bildiriblər.
“RJD Logistika”dan bildirilib ki, 2025-ci ilin noyabrında“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində ilk dəfəolaraq İrandakı Aprin quru limanına konteyner qatarıgöndərilib.
“Bu daşınma marşrutun genişləndirilməsinin növbəti mərhələsidirvə 2025-ci ilin yazında Aprin logistika kompleksinin istifadəyəverilməsi sayəsində mümkün olub. Göndərişlər artıq müntəzəmxarakter alıb ki, bu da alternativ marşruta tələbatın olduğunutəsdiqləyir. Perspektivdə bu istiqamət Rusiya – BRİKS ölkələri vəəks istiqamətdə daşımaların həyata keçirilməsi üçün əsasmarşrutlardan birinə çevrilə bilər”, – deyə şirkətdənbildirilib.
“RJD Logistika”nın mətbuat xidməti vurğulayıb ki, marşrutungenişləndirilməsinin məqsədi təkcə Rusiya üçün deyil, bütövlükdəAvrasiya üçün müştərilər, biznes və iqtisadiyyat baxımından yeniimkanların yaradılmasıdır.
“Planlara Rusiyanın müxtəlif regionlarının marşruta qoşulması,çatdırılma müddətlərinin daha da sürətləndirilməsi və nəqliyyatinfrastrukturunun inkişafı daxildir. Hazırda Rusiyadan ixracgöndərişləri, əsasən Şimal dəmir yolu poliqonundan həyatakeçirilir. Rusiya–İran–Hindistan–Şərqi Afrika xətti üzrə yükaxınının artmasında İranın rolunun güclənməsi nəzərə alınaraq,İranla logistika əməkdaşlığı genişləndiriləcək”, – deyə mətbuatxidmətindən əlavə edilib.
Eyni zamanda “RJD Logistika” qeyd edir ki, İran üzərindəntranzit daşımaların həcmi ilə yanaşı, İran bazarının özü də Rusiyaixracatçıları üçün maraqlıdır – istehsalçılar artıq məhsullarınıdəmir yolu nəqliyyatı ilə İranın müxtəlif şəhərlərinə çatdırabilirlər.
“İranın Şərq–Qərb və Şimal–Cənub dəmir yolu dəhlizlərininkəsişməsində yerləşən yeni Aprin quru limanı bu baxımdan mühümlogistika qovşağına çevriləcək”, – deyə şirkətdən bildirilib.