ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Əməkdar artist Gövhər Rzayeva xına aparıcılarının narazılığına səbəb olacaq açıqlama verib.
BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq olan musiqiçi ailəsi dağılan, övladı olmayan və subay qızların xına mərasimində nişanlı qızların əlinə xına yaxmasına etiraz edib.
Onların xına məclisi aparmasını düzgün hesab etmədiyini bildirib:
"Qədimdən xına məclisini başıbütöv adamlar aparır. Bu adamlar həyat yoldaşı, oğlu, qızı və nəvələri olan adamlara deyilir. İnsana həmişə xeyir-duanı böyük adam verər. Xına məclisini başbütöv adam aparar ki, həmin adam xoşbəxt olsun, evində əmin-amanlıq olsun, ailə həyatı uzunmüddətli olsun. Bu həmişə belə olub. Sözümdən iciyən olsa, o da onun öz işidir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.