“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa klubunun hədəfindədir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə yerli “mecze24.pl” nəşri xəbər dərc edib. Bildirilir ki, “Vidze” (Lotz) klubu təcrübəli qolkiperin transferində maraqlıdır. Xəbərdə yazılıb:
“Bizim məlumatımıza görə, Lodz klubunun siyahısında daha bir cazibədar ad var. Eşitdiyimizə görə bu, Mateuş Koxalskidir. Qapıçı klub üçün yeni mövzu deyil, çünki onlar yayda da Koxalski ilə müqavilə imzalamaqda maraqlı idilər.
Lakin onlar daha sonra digər qapıçıların dalınca düşdülər və bu vaxt ərzində polşalının qiyməti xeyli artıb. Lakin bu, razılaşmanı istisna etmir. Vəziyyət inkişaf edir. 25 yaşlı futbolçunun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi var və sözləşməni daha 12 ay uzada bilər “.
Xəbərdə həmçinin Mateuşun qiymətinin bir xeyli yüksəldiyi və “Vidze”nin onun üçün böyük məbləğ ödəməli olacağı da vurğulanıb.
“Transfermarkt” saytına görə, qapıçının bazar dəyəri iki milyon avrodur. Ancaq son günlərdə yayılan xəbərlərə inansaq, Ağdam klubu Koxalski üçün 7 milyon tələb edir.