AZ

Ana südü verərkən telefona baxmaq düzgündürmü?

Ana südü verərkən telefondan istifadə etmək ananın diqqətini yayındıra və ana ilə körpə arasındakı emosional bağı zəiflədə bilər.


Pravda.az bildirir ki, telefon ekranına fokuslanmaq körpə ilə göz təmasını azaldır ki, bu da bağlanma prosesinə mənfi təsir göstərə bilər.


Araşdırmalara görə, ana südü verərkən diqqətin dağılması südvermə zamanı ifraz olunan oksitosin hormonunun səviyyəsinə təsir edə bilər. Bu hal həm südün axınına, həm də körpənin doyma hissinə mənfi təsir göstərə bilər.


Mütəxəssislər tamamilə telefondan uzaq durmağın real olmadığını desələr də, ana südü verərkən əsas diqqətin körpə üzərində saxlanılmasını tövsiyə edirlər.


Qısa və zəruri hallarda telefondan istifadə edilsə belə, ana-körpə təmasının qorunması vacib sayılır.


Ana südü verərkən diqqəti yayındıran ekranlardan uzaq qalmaq, körpə ilə daha sağlam və güclü bağ qurmağa kömək edir.


Əminə Bayramova 

Tarix: 8 Yanvar 2026, 14:13   
Seçilən
50
pravda.az

1Mənbələr