Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Tanker ABŞ sanksiyalarından yayınmaq üçün Rusiya gəmisi kimi təqdim olunub”
Şimali Atlantikada ABŞ ordusu tərəfindən ələ keçirilən "Mariner" neft tankeri ABŞ sanksiyalarından yayınmaq üçün Rusiya gəmisi kimi təqdim olunub. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens deyib.
"Bu, saxta Rusiya neft tankeri idi. Əslində onlar sanksiyalardan yayınmaq üçün Rusiya neft tankeri kimi təqdim olunmağa çalışıblar", Vens "Fox News"a verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, ABŞ-ın Avropa Komandanlığı ABŞ qüvvələrinin Şimali Atlantikada "Mariner" gəmisini ABŞ sanksiyalarını pozmaqda şübhəli bilərək saxladığını açıqlayıb. Komandanlığın açıqlamasında əməliyyatın sanksiyaların tətbiqi və dəniz ticarəti təhlükəsizliyinin bir hissəsi kimi həyata keçirildiyi iddia edilib.
Tankerin marşrutu, sahibi və hadisə barədə təfərrüatlar rəsmi məlumatda açıqlanmayıb.
Daha əvvəl ABŞ ordusunun bir neçə tankeri, o cümlədən Rusiya neft tankerini saxladığı bildirilirdi. ABŞ müdafiə naziri Pit Heqset deyib ki, əməliyyat Venesuela neft daşınmalarının blokadası ilə əlaqədar həyata keçirilib.
ABŞ hakimiyyəti "Mariner" heyətinə qarşı cinayət ittihamları irəli sürməyi planlaşdırır. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin katibi Pem Bondi bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.