AZ

Suriya ordusu "SDQ"yə qarşı hərbi əməliyyata başladı

Suriya ordusu Hələbdə Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyata başlayıb.

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Məlumatlara görə, Hələbin Şeyx Maqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarında komendant saatı tətbiq edilib.

Mülki əhaliyə SDQ-nın bütün mövqelərindən uzaq durmağa çağırış edilib, bu mövqelər ordunun leqitim hədəfləri elan edilib.

"Cebheinfo.az"

Seçilən
95
cebheinfo.az

1Mənbələr