AZ

Türkiyə Suriyada hərbi əməliyyat keçirib

Ajans.az xəbər verir ki,bu barədə Hürriyet qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Türkiyə hakimiyyəti Suriya Ərəb Ordusu ilə kürd silahlı qüvvələri arasında baş verən qarşıdurmalar fonunda mümkün ssenarilərə hazır olmaq üçün bütün zəruri tədbirləri görüb. Çərşənbə axşamı axşam saatlarında müvəqqəti atəşkəs əldə olunsa da, Hələbin kürd məhəllələrində silahlı toqquşmalar yenidən alovlanıb. Əl-Cəzirənin daha əvvəl yaydığı xəbərə görə, Suriya Ordusu Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı məhdudmiqyaslı hərbi əməliyyat planlaşdırır. Ankara qonşu ölkədəki vəziyyəti yaxından izlədiyini bildirir, çünki Suriyadakı sabitlik birbaşa Türkiyənin milli təhlükəsizliyi ilə əlaqələndirilir. Türkiyənin müdafiə naziri Yaşar Gülər vəziyyətə münasibət bildirərək qeyd edib: “Biz Suriyadakı hadisələri xüsusilə diqqətlə izləyirik. Ölkədə yeni hökumət formalaşıb, yeni prezident fəaliyyətə başlayıb. Hesab edirik ki, qayda-qanunun bərqərar olması üçün onlara müəyyən vaxt verilməlidir. Bununla yanaşı, istənilən ssenari üçün planlarımız mövcuddur və hansı addımların atılacağını dəqiq bilirik.”

 

Seçilən
15
Ajans.az

1Mənbələr