AZ

Paris və London Ukraynaya qoşun göndərəcək

Britaniyanın "The Times" qəzeti öz mənbələrinə istinadənyazırki, qoşunun Ukrayna Ordusuna təlim keçməsi, yeni müdafiə infrastrukturu qurması, habelə hərbi texnikaya qulluq göstərməsi nəzərdə tutulur.

Məlumata əsasən, qoşun hər iki ölkədən göndəriləcək müvafiq 7 min 500 hərbçinin hesabına formalaşacaq. Hərbçilərin sayının növbəti mərhələdə artırılması da mümkündür.

Xatırladaq ki, yanvarın 6-da Fransa Prezidenti Emmanuel Makron, Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən qoşunun yerləşdirilməsi ilə əlaqədar bəyannamə imzalayıblar. Hazırda bəyannamənin hər üç ölkənin parlamentlərində səsverməyə çıxarılması gözlənilir. İmzalanma mərasimində Kir Starmer həmçinin diqqətə çatdırıb ki, Ukraynada Fransa və Britaniyaya məxsus hərbi bazaların da tikilməsi də nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az
Seçilən
23
1
azvision.az

2Mənbələr