AZ

Onlarla insanı öldürən fildən xəbər var: Arxayın ola bilərsiniz

2010-cu ildə Nepal sakinlərinə hücum edən, onlarla insanı öldürən Dhurbe adlı fil yerli hakimiyyət orqanları tərəfindən yaxalanaraq nəzarətə götürülüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Nepal Turizm Şurasının baş direktoru Mani Lamiçhane bildirib.

Aqressiv, bir vaxtlar idarəolunmaz olan fil indi sakinlər və turistlər üçün heç bir təhlükə yaratmır.

“Fil tutulub və nəzarət altında saxlanılır. Beləliklə, Dhurbe artıq insanlara hücum etmir və siz arxayın ola bilərsiniz”, - deyə Lamiçhane vurğulayıb.

Seçilən
80
publika.az

1Mənbələr