“Qarabağ”ın sabah media nümayəndələri üçün təşkil olunacaq açıq məşq və mətbuat konfransının vaxtında dəyişiklik edilib.
Msport.az xəbər verir ki, saat 11:15-də “Azersun Arena”nın media otağında ağdamlıların baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Ardınca saat 11:45-də “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” qış hazırlığına yanvarın 3-də start verib və 10-dək Bakıda məşqlərini davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.