AZ

Bu Banka məxsus 471 min manatlıq obyekt hərraca çıxarılıb

Yazını böyüt
Yazını kiçilt

2026-cı il fevralın 12-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan daşınmaz əmlak hərraca çıxarılacaq.

Hafta.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, satışa çıxarılan əmlak Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 ünvanında yerləşən qeyri-yaşayış binasıdır.

Daşınmaz əmlakın ümumi sahəsi 472.1 kvadratmetr, torpaq sahəsinin ölçüsü isə 0.0314 hektar təşkil edir.

Əmlakın start qiyməti 471 min manatdır.

Seçilən
66
hafta.az

1Mənbələr