AZ

ABŞ nin xüsusi diqqət göstərdiyi Zəngəzur dəhlizi siyasi iqtisadi coğrafiyada çox ciddi dəyişikliklərə səbəb olacaq

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Cənab Prezident televiziya kanallarına müsahibəsində bildirdi ki, “əgər bizim 2020-ci ildəki uğurumuz olmasaydı, müharibədə torpaqlarımızı, öz gücümüzü, suverenliyimizi ərazi bütövlüyümüzü tam olaraq 2023-cü ildə bərpa etməsəydik, 8 avqust olmazdı”. Prezident və çox doğru ifadə etdi. Biz regionda reallıqları dəyişdik. Zamanında bizdən reallıqlarla barışmaq və işğal altında olan torpaqları ermənilərin xeyrinə rəsmiləşdirilməsi tələb edilirdi. Amma biz bununla barışmadıq və barışmayacağımızı dedik. Nəticədə reallıqları dəyişdik. Bu gün reallıqlar onu diktə edir ki, mövcud reallıqlar çərçivəsində Azərbaycanın mövqeyi ilə hesablaşmalıdırlar”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, bu kontekstdə Donald Tramp da fikrini ifadə edərkən orada çox böyük vəsait yatdığını, yəni Zəngəzur dəhlizini nəzərdə tutduğu coğrafiyanı nəzərdə tutaraq danışdı: “Zəngəzur dəhlizi adlandırılmış kommunikasiya qovşağının açılması ilə Asiyadan Avropaya doğru uzanacaq çox ciddi bir layihənin kommunikasiya qovşağının, logistika imkanlarının gündəmə gəlməsinə şahidlik edəcəyik”.

Arzuxan Əlizadə / Foto: amip.az

Deputat hesab edir ki, Zəngəzur dəhlizi coğrafiyada çox ciddi dəyişikliklərə səbəb ola biləcək bir məsələdir və Azərbaycanın bu məsələni gündəmə gətirməsi ilə ilkin olaraq 2020-ci il qələbəsindən sonra reallaşması gözlənilən bir layihədir. “Bu layihə artıq diqqət cəlb edib. Amerika Birləşmiş Ştatları kimi dünyanın bir nömrəli ölkəsi və onun rəhbəri də bu prosesdə Azərbaycanla birgə addımlamaq qərarı verib. Bu da təbii ki, Azərbaycanın uğurudur, Türk dünyasının uğurudur. Çünki bu yol Mərkəzi Asiyadakı Türk dövlətlərindən gələrək Azərbaycan üzərindən Naxçıvana və Türkiyə üzərindən Avropaya açılan bir yoldur ki, bundan bütövlükdə bu coğrafiyada olan Türk dövlətləri faydalanacaqlar. İlk növbədə elə Azərbaycan və Türkiyə də faydalanacaq. Və təbii ki, bu da qarşıdakı hədəfə çatmağımız üçün ciddi iqtisadi imkanlara malik olmaq deməkdir. Hədəf də ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı və bu təşkilatda təmsil olunan Türk dövlətləri, yaranmaqda olan çoxqütblü dünyanın əsas qütblərindən birinə və böyük güc mərkəzinə çevrilsin. Bunun üçün də geniş iqtisadi imkanlar lazımdır. Bu gün geniş iqtisadi imkanlar əldə etmək üçün, yeraltı, yerüstü sərvətlərlə yanaşı, eyni zamanda, logistika imkanlarına da malik olmaq vacib məsələdir. Logistika qovşağının və Zəngəzur dəhlizi adlandırılmış kommunikasiya qovşağının açılması ilə bu imkanlar tanınmış olur”.

Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycan həm Şimal, Cənub Şərq, Qərb, Orta dəhliz layihələrinin də içindədir və çox böyük bu istiqamətdə işlər görülür, bütün bunlar Azərbaycanı cəlbedici ölkəyə çevirir: “Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın gələcəkdə yaxın strateji müttəfiqlik istiqamətində addımlar atılıb. Gələcəkdə münasibətlər bir qədər də üst səviyyədə olacaq və bu, qarşılıqlı fayda gətirəcək. Eyni zamanda, ilk növbədə regiona dayanıqlı sülh və sabitliyin gəlməsi üçün çox mühüm töhfələrdən birincisi olacaq”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
bizimyol.info

1Mənbələr