525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“2025-ci il Azərbaycan Dövlət Kukla Teatrı üçün məhsuldar, yaddaqalan, repertuar və festival proqramına görə çox zəngin bir il oldu. Teatrda plan və plandankənar olmaqla 9 tamaşa hazırlandı. Sənət ocağı tamaşa və gəlir planını yenə artıqlaması ilə icra etdi”.
Bu sözləri 525.az-a açıqlamasında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova deyib.
Onun sözlərinə görə, sənət ocağı il ərzində 4 beynəlxalq nüfuzlu teatr festivalında uğurla iştirak edib: “Teatrımızın ölkədaxili qastrol proqramı da yaddaqalan oldu. Biz müxtəlif bölgələrə, xüsusən də böyük köçün qayıtdığı Ağdama da ilk səfər edən sənət ocağı olduq. Bildiyiniz kimi, kuklaçılar işğaldan azad olunan və yaşayışın bərpa olun duğu bütün torpaqlarımıza ilk səfər edən teatrdır”.
H.Rüstəmova deyib ki, Teatr 2026-cı ilə də böyük yaradıcılıq planları ilə başlayıb:
“Bu da təsadüfi deyil. Çünki teatrımız özünün yubiley – 95 illiyini qeyd edəcək. Bu mənada rəngarəng tədbir və tamaşa planımız var. Yubiley ilində tamaşalarımız da çox olacaq.
İl ərzində Solmaz Amanovanın “Turac və sehrli daraq” (rejissor Səidə Haqverdiyeva), Dmitriy Boqoslovskinin “Səyyah” (rejissor Anar Məmmədov), Abdulla Şaiqin “Danışan gəlincik” (rejissor Müşfiq Əliyev), Şarl Perronun “Yatmış gözəl” (rejissor Anar Məmmədov) tamaşaları səhnələşdiriləcək. Həmçinin, bütün bunlarla yanaşı, dəvətli rejissorların quruluşunda daha 3 tamaşa da hazırlanacaq. Qastrol və festivallar baxımından da 2026-cı ilin teatrımız üçün yaddaqalan və məhsuldar bir il olacağına inanırıq”.
Şahanə Müşfiq
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.