ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Sabunçu rayonu, Əjdər Məlikov küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 7-də saat 15:07 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 10-SE-770 dövlət nömrə nişanlı “Lixiang” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bu zaman önündəki nəqliyyat vasitəsini ötən sürücü qarşı tərəfdən gələn avtomobillə toqquşma riski yaradıb.
Belə hallar yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə risk altına qoyur. Sürücülərdən tələb olunur ki, yol nişanları və qaydalara əməl etsin, həm özlərinin, həm də digər yol iştirakçılarının həyatını təhlükəyə atmasınlar.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.