AZ

Tanınmış aktyor: Narkotik istifadə etdiyim üçün çox peşmanam

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Narkotik əməliyyatları çərçivəsində saxlanılan daha sonra buraxılan aktyor Doğukan Güngör etirafı ilə gündəmə gəlib.

BAKU.WS "Sabah"a istinadən xəbər verir ki, onun dindirildiyi zaman verdiyi ifadə ortaya çıxıb.

Test nümunələri vermək üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilən Güngör, prokurorluqda verdiyi ifadəsində ona yönələn narkotik maddə ittihamlarını qəbul edib.

Güngör narkotik vasitə istifadə etdiyini etiraf edərək, "Narkotik istifadə etdiyim üçün çox peşmanam", - deyə bildirib.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı "narkotik istintaqı" çərçivəsində saxlanılan 26 nəfərdən 19-u həbs edilərək həbsxanaya göndərilib, aralarında "Kızılcık Şerbeti" serialının baş rol ifaçısı Doğukan Güngörün də olduğu 7 nəfər isə sərbəst buraxılıb.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən ötən ay başladılan "narkotik əməliyyatları" çərçivəsində yeni dalğa əməliyyatlar davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
baku.ws

1Mənbələr