Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda avtomat, radar və elektron dəstək sistemlərinin qəbul fəaliyyətləri tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk, qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinqdə məlumat verib.
Bildirilib ki, qəbul prosesi başa çatan mobil minaatan aşkarlama radarı, MİLKED-3A3 elektron dəstək sistemi və MPT-76 avtomatı Quru Qoşunlarının inventarına daxil edilib.
Həmçinin Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilən müxtəlif çap və sayda silah-sursatın çatdırılması da tamamlanıb.