AZ

Sürücülərin NƏZƏRİNƏ: Bunu düzgün etmədikdə cərimələnə bilərsiniz

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Arxa duman fənərlərinin düzgün istifadə olunmaması ilə bağlı cərimələr tətbiq olunur. Bu fənərlər yalnız dumanlı, görüşün məhdud olduğu şəraitdə işə salınmalıdır, adi hava şəraitində yandırılması qarşıdan gələn sürücülərin gözünü qıcıqlandırır və yol təhlükəsini artırır".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib. O, bildirib ki, inzibati cəzalar məcəlləsinə əsasən, qanunla arxa duman fənərlərindən düzgün istifadə edilmədikdə inzibati məsuliyyət nəzərdə tutulub:"Sürücülər yalnız həqiqətən lazım olduqda bu fənərlərdən istifadə etməli, yol hərəkəti qaydalarına riayət etməlidirlər".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
demokrat.az

1Mənbələr