Xəbər verdiyimiz kimi, reper Elşad Xose həbs edilib.
Belə ki, Xose bir neçə gün əvvəl özü instaqram hesabında küçədə qeyri-etik ifadə işlətdiyi video yayımlamışdı. O, videoda Bakının qədim küçələrinin sökülməsinə görə xoşagəlməz söz işlədib.
Qeyd edək ki, reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını edib.
Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.